Ötən gün Tbilisidə Qəhrəmanlar meydanı yaxınlığında “Xarici agentlər haqqında” qanuna qarşı keçirilən aksiyada 23 nəfər həbs edilib.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmadıqları üçün onları saxlayıblar.