Dərnəgüldən bölgələrə qatarla getmək mümkün olacaq

Azərbaycan Dəmir Yolları 6 iyun tarixindən etibarən yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından bölgələrə qatar reyslərinə start verir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Yeni cədvələ əsasən sərnişinlər Dərnəgül stansiyasından aşağıdakı istiqamətlər üzrə səfər edə biləcəklər:

- Bakı-Qazax-Bakı;

- Bakı-Ağstafa-Bakı (əlavə reyslər);

- Bakı-Balakən-Bakı;

- Bakı-Qəbələ-Bakı.

Biletləri isə artıq ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə edə bilərsiniz.