Türkiyənin Alanya şəhərinin Sahil Mühafizəsi Komandanlığı qrupları dəniz və sahil xətti boyunca aparılan müntəzəm patrul əməliyyatları zamanı Keşefli məhəlləsinin çimərliyində şübhəli bir bağlama aşkar ediblər.
Stopnarkotik.az xəbər verir ki, sahilə çıxan bağlamanın ələ keçirilməsindən sonra aparılan ətraflı araşdırmada onun tərkibində 40 kiloqram kannabis pastası olduğu aşkar edilib.
Müsadirə edilən narkotikin bazar dəyərinin təxminən 40 milyon TL olduğu təxmin edilir. Narkotik qruplar tərəfindən müsadirə edilib və hadisə ilə bağlı hərtərəfli araşdırma başlanılıb.
Stopnarkotik.az