Deputat qızı narkotik maddənin təsiri altında qəza törətdi... – ATASI HƏBSİNƏ MANE OLUR

Ukraynanın xalq deputatı Vladimir Aryev ilə teleaparıcı Natalka Fitsiçin qızı Yarina valideynləri və həmkarları üçün ciddi problemə çevrilib.

Stopnarkotik.az xatırladır ki, Kiyev Şəhər Şurası deputatının 2000-ci il təvəllüdlü qızı Yarina ötən ilin noyabrında sərxoş halda avtomobil idarə edərkən Obolon keçidində piyada qadını vurub. Bunu məhkəmədə həbs-qətimkan tədbiri seçilərkən açıqlanan ekspertizanın rəyi də göstərir.

Məhməkə iclasında digər təfərrüatlar da məlum olub. Belə ki, Yarina həqiqətən də istintaqa kömək etmək istəməyib: o, təyin olunmuş istintaq eksperimentlərində səbəbsiz yerə iştirak etməyib. Həmçinin, müstəntiqlər şübhələnirlər ki, qızın ailəsi zərərçəkmişlə bağlı vəziyyəti öt-basdır etməyə çalışır. Ona görə də prokurorlar ona 2 ay həbs qətimkan tədbiri, məhkəmə 2 ay ev dustaqlığı istəyib.

Təbii ki, Yarina hər şeyi inkar edir. Amma vəziyyət yaxşı görünmür, onun 3 ildən 5 ilə kimi həbs olunma ehtimalı var. Əgər deputat atası Aryev qızını cəzadan yayındırmaq üçün indi bütün əlaqələrini işə salsa, bu, məhkəmə sistemi üçün növbəti sınaq olacaq. Narkotiklər altında qəza törətmiş qızına dəstək vermək istiqamətində səy həm opponentlər, həm də “situativ müttəfiqlər” tərəfindən deputat Aryevə təzyiq göstərmək üçün istifadə edilə bilər.

Stopnarkotik.az