"WikiLeaks"in qurucusu Culian Assanj İngiltərədəki həbsxanadan azad edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “WikiLeaks” məlumat yayıb.
Məlumata görə, Culian Assanj 2019-cu ildən həbsdə saxlandığı Britaniyanın Belmarş həbsxanasından sərbəst buraxılılıb. O, təyyarə ilə Böyük Britaniyanı tərk edib.
Belə ki, 1901 gün həbsdə qalan Assanj London Ali Məhkəməsi tərəfindən zaminə buraxılıb. O, iyunun 24-ü, səhər saatlarında Stansted Aeroportundan Avstraliyaya yola düşüb.