ABŞ-ın Kolorado ştatında yeni pilot layihə işə salınıb. “Patagonia” geyim brendi ilə birgə həyata keçirilən yeni pilot proqram çətənə lifindən hazırlanmış geyim istehsalına investisiya qoyuluşunu əhatə edir.
Layihə üzrə parça istehsalı üçün çətənə yetişdiriləcəyi San Luis vadisindəki fermaya Çindən çətənə toxumları idxal ediləcək. Bu tərəfdaşlıq çətənə sənayesi ilə yerli şirkətlər arasında daha çox tərəfdaşlıq yaratmağa çalışan Kolorado qubernatoru Cared Polisin təşəbbüsü ilə irəli sürülüb.
Məşhur geyim brendi olan "Patagonia" on ildir ki, məhsul kolleksiyalarında çətənə parçalarından istifadə edir. Çətənə lifindən şalvar, gödəkçə və kombinezon hazırlayır. “Patagonia”nın bütün çətənə parçaları Çindən əldə edilir, çünki 2018-ci ilin sonuna qədər ABŞ-da çətənə becərilməsi qadağan edilmişdi.
"Patagonia tanınmış markadır və bu çox yaxşı idarə olunan peşəkar əməliyyatdır. San Luis vadisində hər kəs maraqlı və davamlı fayda verən çətənə bitkisinə heyrandır. Bu aktiv istirahət, beynəlxalq ticarət və böyüyən çətənə sənayemizdə güclü iştirakımızı bir araya gətirir", deyə Kolorado qubernatoru Cared Polis bildirib.
Layihə Çin təchizatçısından çətənə növlərinin idxalını və emal mərhələlərində Asiya təcrübəsi ilə tanışlıqla başlayıb.
ABŞ-a indiyə qədər demək olar ki, bütün çətənə parçaları Çindən gəlirdi. Bu proses min ildən çoxdur ki, davam edir, ona görə də çinlilər çətənə yetişdirməkdə, onu lifə və parçaya çevirməkdə ustadırlar.
Çətənə: Dözümlü bitki
Çətənə San Luis vadisində əsas bitki olan kartofdan daha az su tələb edir və geyimdə istifadə olunan əksər liflərdən daha güclüdür. Ona görə bu tərəfdaşlıq həm fermerlər, həm geyim istehsalçıları üçün çox sərfəlidir.
"Çətənə becərilməsi uzun müddət çəkən pambıqdan qat-qat az su tələb edir. Bundan əlavə, çətənə pestisid tələb etmir və təbii şəkildə yetişdirilməsi asan bitkidir", deyə layihə iştirakçısı Auman izah edir. "Bir sözlə, geyim istehsalına gəldikdə, çətənə planetdəki ən güclü təbii lifdir. Qanuni çətənə becərilməsinin ilk tətbiqçisi olaraq, Kolorado, sənaye çətənəsinə keçməkdə və ənənəvi tekstil, plastik və digər materiallardan uzaqlaşmaqda maraqlı olan Patagonia kimi şirkətlərdən daha çox müştəri cəlb etmək imkanına malikdir”, deyə Polis bildirib. Kolorado çox fəal bir bölgədir. Patagonia kimi böyük qlobal şirkətlər burada yerləşir və layihələrini sınaqdan keçirirlər. Bu, beynəlxalq bazarda və təchizat zəncirində işləmək üçün fürsətdir. Biz mərkəzdə yerləşirik, ona görə də proseslərə asan giriş əldə edirik", deyə Polis bildirir.
Kolorado çətənə leqallaşdırılmasının ilk mərhələlərində Amerikanın ən böyük çətənə istehsalçılarından biri olsa da, ştatda hələ də çətənəni bir çox məhsul üçün materiala çevirmək üçün qabaqcıl emal müəssisələri yoxdur. Çətənənin yetişdirilməsi nisbətən asandır və böyümə mərhələsində az qulluq tələb etsə də, onu lifə çevirmək Amerika istehsalçıları üçün yeni və mürəkkəb prosesdir. Çətənə liflərini bitkinin nüvəsindən ayırmaq “dekortikasiya” adlanan mexanikləşdirilmiş proses tələb edir və "Patagonia" geyim standartlarına cavab vermək üçün bunu müəyyən bir şəkildə həyata keçirilməlidir.
Stopnarkotik.az


