Cəbrayılda ərlə arvad qəzaya düşdü - Qadının boynu sındı

Cəbrayıl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Stopnarkotik.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsinə 1974-cu il təvəllüdlü Xudiyev Vidadi Cama oğlu və onun həyat yoldaşı, 1976-ci il təvəllüdlü Xudiyeva Pərvanə Əhməd qızı xəsarət alıb.

Yaralılar Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı Pərvanə Xudiyevaya boyun fəqərə sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.