“Bu qızlar cinsi orqanlarında ölkəyə narkotik keçirirlər...” – ŞOK AÇIQLAMA + AUDİO

“Narkobaronlar narkotik keçirmək üçün qızları cəlb edirlər”

“Dövlət narkotik asılılarının müalicəsi üçün 400-500 manat ayırsa, böyük dəstək olar. Elə valideynlər var ki, onlar maliyyə ilə kömək edir. Amma hazırda 17 nəfər istifadəçini pulsuz müalicə edirəm. Hələ sağaldıqdan sonra reabilitasiyadan ayrılanları demirəm. Onlardan heç kimi olmayanları yanımda işə götürürəm, amma bundan artığına gücüm çatmır”.

Bunu “Sağlam addım” Reabilitasiya Mərkəzinin rəhbəri Anar Əliyev Stopnarkotik.az-a bildirib.

Mərkəz rəhbəri deyir ki, əsasən də müalicəsi başa çatan qızlara dəstək olunmalıdır. Sitat: “Bizim reabilitasiyada 3 növbə işləyir. Hər növbəyə də 3-4 nəfər qız qoymuşam. Onlar gedəndə də ciblərinə 50 manat pul qoymuşam ki, gedib narkoman oğlanlara qoşulmasınlar. Qızların çoxu narkoman oğlanlara qoşulurlar, pritonlarda narkotik alveri edirlər. Onları gömrükdən keçirməyə aparırlar, cinsi orqanlarında narkotik keçirirlər. Yəni narkobaronlar narkotik keçirmək üçün qızları cəlb edirlər. Ona görə, sağalan narkomanları işlə təmin etmək lazımdır”.

Stopnarkotik.az