Gələcəkdə TələbəPlus kartı vasitə ilə tələbələrə nəqliyyatda 10 faiz endirim nəzərdə tutulur.
Stopnarkotik.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
O bildirib ki, 160 minə yaxın tələbə artıq bu kartdan istifadə edir: "Nəzərdə tutulan yenilik barədə bir ay ərzində ictimaiyyətə məlumat veriləcək".