Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı - YENİLƏNİB

Bakıda 175 nömrəli tam orta ümumtəhsil məktəbində pəncərədən yıxılan şagirdin vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, mayın 14-də saat 10:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, 175 nömrəli məktəbdən çağırış qeydə alınıb.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda bildirilir.

***12:13

175 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi mayın 14-də  pəncərədən yıxılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb, şagirdə ilkin yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məlumata görə, məsələ ilə bağlı şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Hadisə nəzarətə götürülüb və araşdırmalara başlanılıb.

Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.