Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməkdaşları ilə Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində silah-sursat aşkar edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat tədbiri zamanı məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd “AKS-74U” markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 29 ədəd 5.45 millimetrlik patron aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
