Bakıda quldurluq edən iki nəfər yaxalandı

Xətai rayonunda yerləşən dəmir yolu ərazisində bir nəfər şəxsə qarşı quldurluq əməli törədilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, araşdırmalarla həmin şəxsin döyülməsi, kəsici alətlə xəsarət yetirilərək mobil telefonunun talanması, daha sonra telefonundakı tətbiq vasitəsilə 367 manat dəyərində alış-veriş edilməsi məlum olub.

Ona xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Nihad Abasov və Namiq Sadiqi müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.