İsrail ordusu Rəfahdan sakinləri təxliyə edir - HÜCUM BAŞLAYIR...

İsrail Müdafiə Qüvvələri planlaşdırılan hərbi əməliyyata hazırlıq məqsədilə Rəfahın şərq məhəllələrindən dinc sakinləri təxliyə etməyə başlayıb.

Bununla bağlı hərbçilər fələstinlilərə müraciət ediblər.

Yerli sakinlər bunu Qəzza zolağının cənubuna planlaşdırılan hücumla əlaqələndirirlər.

Nəşr qeyd edir ki, mülki şəxslərə Əl-Mavasi və Xan Yunisdəki genişləndirilmiş humanitar zonaya köçmək təklif olunur./"TASS"