Böyük Britaniya səfirliyinin nümayəndəsi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, britaniyalı diplomata Rusiya attaşesinin Londondan qovulması ilə bağlı etiraz bildirilib.
Qeyd olunub ki, Rusiya cavab tədbiri olaraq Britaniyanın hərbi attaşesini Moskvadan çıxarır.
"Britaniya hərbi attaşesi bir həftə ərzində Rusiyanı tərk etməlidir", deyə Rusiya XİN-nin məlumatında bildirilib.