Türkiyədə çevrilişə cəhd edən 3 polis məmuru kimdir? - Keçmiş nazirə sui-qəsd, gizli şahid, səs yazısı...

Xəbər verdiyimiz kimi, prezident Ərdoğan Türkiyədə çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas çağırıb.

Ərdoğan MİT sədri İbrahim Kalın və ədliyyə naziri Yılmaz Tunçu gecə yarısı bir araya toplayıb.

Gecə saatlarında keçirilən kritik toplantının əsas səbəbi "Ayhan Bora Kaplan" istintaqı çərçivəsində Ankara Polis İdarəsində 3 yüksək rütbəli şəxsin saxlanılması və daha sonra onlara qarşı cinayət işinin açılması olub.

Vəzifələrindən uzaqlaşdırlarn Ankara Polis rəis müavini Murat Çelik, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin müdiri Kerem Öner və müavini Şevket Dəmircanın evlərində dünən axşam prokurorluğun göstərişi ilə axtarış aparılıb.

Ayhan Bora Kaplan suç örgütüne yönelik iddialarda adı geçen üç polis  hakkında soruşturma - Medyascope

Murat Çelik, Kerem Öner və onun müavini Şevket Demircan saxlanılıb.

"Ayhan Bora Kaplan" cinayət təşkilatı ilə əlaqəli 61 müttəhimin mühakimə olunduğu iş çərçivəsində bir müddət əvvəl Ankara Respublika Baş Prokurorluğu tərəfindən iddialarda adı keçən bu 3 məmura qarşı istintaq başladılıb. Eyni zamanda aparılan istintaq çərçivəsində gizli şahid  Serdar Sertçelikin kod adını açıqladığı "Ufuk Komiser" adlı polis məmurunun evində də axtarış aparılıb.

Снимок.JPG (115 KB)

Xaricə qaçan gizli şahid Serdar Sertçelik nələr danışıb?

Cinayət təşkilatının önəmli şəxslərindən olduğu səbəbilə saxlanıldıqdan sonra M7U kodu ilə gizli şahidlik edən Serdar Sertçelik ölkədən qaçıb. Serdar Sertçelik daha sonra "Sözcü" qəzetinə danışıb.

O bildirib ki, kod adını bildirdiyi "Ufuk Komiser" ona 19 səhifəlik məcburi izahat yazdırıb. Serdar Sertçelik qeyd edib ki, izahatda yazdığı heç bir cümlə özünə məxsus deyil.

Ankara'da suç örgütü soruşturması: Emniyet görevlileri görevden  uzaklaştırıldı

Yayılan səs yazısında nələr var?

Serdar Sertçelik "Youtube" kanalında Ankara Polis İdarəsindən olduğu iddia edilən şəxslə görüşünün səs yazısını yayımlayıb. Səs yazısında həmin polis məmurunun Serdar Sertçelikə keçmiş daxili işlər naziri Süleyman Soyluya qarşı sui-qəsd təklifi yer alır.

Eyni zamanda Serdar Sertçelik "Ankara Polis İdarəsi AKP-yə qarşı çevriliş hazırlığındadır" iddiasını da səsləndirib. O, növbəti paylaşımında səsləndirdiyi bu iddianı sübut edəcəyini deyib./musavat.com