MARİXUANA İNSANLARDA DƏHŞƏTLİ XƏSTƏLİKLƏR YARADIR - Yeniyetmələrin istifadəsi daha təhlükəlidir / Araşdırma

Çətənənin insan orqanizminə təsiri haqda müntəzəm araşdırmalar aparılır və nəticələr açıqlanır. Bəzən bu qəbildən açıqlamalar çətənənin müsbət təsiri yönündə olur. Kanada araşdırma qrupunun açıqladığı tədqiqatda bildrilir ki, həddindən artıq çətənə istifadəsi ürək problemləri yaradır.

Stopnarkotik.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, çətənədən istifadə edən eyni yaşda və cinsdə olan yetkin insan qrupunda istfadəçi olmayan qrupa nisbətən ürək çatışmazlığı, insult və ya infarkt riski 60% daha yüksək olub.

Tədqiqat Albertada beş səhiyyə məlumat bazasını əhatə edib. Tədqiqatçılar qeyd edirlər ki, həddən artıq çətənə istifadə edən sağlam insanlarda ürək-damar xəstəlikləri riski artmaqdadır.

Son on ildə marixuana istifadəsi əhəmiyyətli dərəcədə artıb. Məlumat verilir ki, 55 milyon amerikalı müntəzəm marixuana istifadə edir. Əvvəllər çətənə ürəyə verə biləcəyi stress səbəbiylə ürək xəstəliyi, infarkt və insult da daxil olmaqla ciddi ürək-damar xəstəlikləri ilə əlaqələndirilirdi.

Çətənə siqaret kimi çəkilməsindən dərhal sonra ürək döyüntüsünü artıra, qan damarlarını genişləndirə və ürəyin işini çətinləşdirə bilər. “Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri”nin rəyinə görə, əyləncə məqsədli narkotik gənclər üçün psixi sağlamlıq risklərinə gətirir  və 18 yaşından əvvəl marixuana istifadə edən insanlarda ürək xəstəliklərnn inkişaf riski daha yüksəkdir.

Marixuana federal səviyyədə qeyri-leqal olaraq qalır, lakin bir çox ştatlar onun əyləncə məqsədilə istifadəsini qanuniləşdirib və tibbi istifadəyə icazə verib. Avqustun sonunda ABŞ səhiyyə rəsmiləri marixuananın az riskli narkotik kimi təsnifləşdirilməsini tövsiyə etdi ki, bu da onu ABŞ Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən ciddi yoxlama prosesindən keçdikdən sonra "III Siyahı" qrupuna daxil edəcək.

“III Siyahı” preparatları DEA tərəfindən fiziki və psixoloji asılılıq üçün aşağıdan orta səviyyəyə qədər potensiallı maddə hesab edilir və öyrənilməsi daha asandır. Marixuana uzun müddətdir ki, “I Siyahı” kateqoriyasına daxildir, yəni "o, sui-istifadə üçün yüksək potensiala malikdir". Prezident Co Bayden marixuananın tibbi məqsədlər üçün qanuniləşdirilməsini dəstəkləyir. Bayden istirahət və əyləncə məqsədilə istifadənin leqallaşdırılmasını dəstəkləyib-dəstəkləmədiyini açıqlamasa də, 2021-ci ildə bildirmişdi ki, əgər dövlətlər istəsələr bunu leqallaşdırmaq hüququnu dəstəkləyir.

Stopnarkotik.az