ABŞ Ədliyyə Nazirliyi Rusiyanın onlayn narkotik şəbəkəsini "dünyanın ən böyük və ən qədim qara bazarı" adlandırıb...
Adını yunan mifalogiyasındakı “çoxbaşlı əjdaha”dan götürən “Hidra” (Hydra) təşkilatı dünyanın narkotik üzrə ən böyük onlayn “qara bazarı” hesab olunurdu. “Hidra” son illərədək Rusiya əhalisinin 69 faizi üçün əlçatan idi və müştərilərinə narkotik maddələrin, həmçinin də onların prekursorlarının topdansatışı da daxil olmaqla, geniş çeşiddə məhsullar təklif edirdi. Hansı ki, uzun illər bu təşkilatın qanunsuz fəaliyyətinin qarşısını almaq mümkün olmurdu...
Stopnarkotik.az xəbər verir ki, ümumiyyətlə, onlayn narkotik bazarının iki əsas məziyyəti var:
1. Qeyri-leqal narkotik istehlakının artması;
2. Təchizatçılar arasında əməkdaşlığın asanlaşması.
“Hidra” təşkilatının fəaliyyətini analiz edən rəsmilər də bu qənaətə gəldilər ki, “qara bazar”ın miqyasının kiçilməsi üçün maliyyənin bazara girişinin qarşısını kəsmək lazımdır. Araşdırmada o da məlum olur ki, onlayn bazar iştirakçıları, istər satıcılar, istər də alıcılar hüquq-mühafizə orqanlarının əlinə keçmək riskindən yayına bilirlər. Hüquq-mühafizə orqanları tərəfindən iri ticarət sferalarına və satıcılara müdaxilə ona gətirib çıxarır ki, alıcılar digər alternativ platformalara - tədarükçülərə doğru yön alırlar. Bu məsələ hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərin – narkotik satıcılarının və narkoticarət platformalarının administratorlarının təqib olunması - effektivliyi ilə bağlı disskusiyalara səbəb olur. Bəzi ekspertlər məsələyə zərərin azaldılması prizmasından baxırlar və qeyri-leqal narkotik satışı ilə bu prizmadan mübarizə aparmağı irəli sürürlər.
Qeyd edək ki, mövcud olduğu 7 il ərzində narkotik bazarında dominantlıq edən “Hidra” 2022-ci ilin aprelinə, yəni bağlanan tarixədək Rusiyada pərakəndə narkoitik ticarətinin reallaşdığı ən böyük satış platforması idi. Qərbli həmkarlarından fərqli olaraq, elə mənzərə yaranıb ki, sanki Rusiyanın narkotiklərlə mübarizə orqanları narkoticarət kastasının ən aşağı rütbəli üzvləri olan narkokuryerlərin mütəmadi həbs olunmasına baxmayaraq, “Hidra”nı bağlamaq üçün birbaşa cəhd göstərməyiblər. Nəticədə, “Hidra” hər hansı digər məşhur şəbəkələrdən daha uzun müddət fəaliyyət göstərib və ABŞ, yaxud da Qərbi Avropada indiyə qədər fəaliyyət göstərən hər hansı onlayn “qara bazar”dan daha çox böyüyüb.
İllər ərzində “Hidra” ticarət platforması topdansatıcılardan tutmuş, son alıcılara qədər müxtəlif bazar seqmentlərinin üzvlərinə anonim ünsiyyət qurmağa imkan verən bir ekosistem yaratmışdı. 2020-ci ilin aprel ayında Rusiya üzrə 417 000-dən çox unikal narkotik nümunəsini təhlili nəticəsində aşkara çıxarılıb ki, narkotik bazarında ən populyar məhsullar mefedron (31%), marixuana (18%), amfetamin (13%) və alfa-PVP (12%) olub. "Hidra" Rusiyanın bütün bölgələrində - 1129 müxtəlif yaşayış məntəqəsində (şəhərlər, qəsəbələr və kənd yerləri) fəaliyyət göstərib. Daha bahalı dərmanlar əsasən zəngin ərazilərdə, xüsusən də biznes sahələrində paylanıb. Onlayn narkotik bazarının iştirakçıları “Bitcoin” kimi kriptovalyutalar vasitəsilə internetdə əməliyyatlar apararaq, hüquq-mühafizə orqanlarından yayınmağa çalışıblar. Araşdırmaya görə, ən bahalı narkotik çatdırılma yolu “əlfəcin” sistemidir. Belə ki, bəzi narkotik maddələrin çatdırılma qiyməti sifarişin orta qiymətinin 50%-dən daha baha başa gəlir. 2019-cu ildə “qara bazar” sferasında 118 satış mərkəzi olub. Tələb olunan anonimlik satıcılar, alıcılar və bazar rəhbərliyi üçün koordinasiya problemi yaradıb. Tədqiqat göstərir ki, bu problemi həll etmək üçün bir sıra davranış qaydaları və mərkəzləşdirilmiş idarəetmədən istifadə olunub. Əlbəttə, etibar məsələsi koordinasiya probleminin mühüm aspektlərindən biri olub. Müştərilər keyfiyyətsiz məhsul və ya dələduzluq halında alıcıların müdafiəsi və ya qanunvericiliyə etibar edə bilməyiblərsə, pullarına keyfiyyətli məhsul əldə etdiklərinə necə əmin ola bilərdilər?
Qmumiyyətlə, qanuni onlayn bazarların mövcud mexanizmlərini örnək götürən bazarlar tez-tez satıcı rəyləri və reytinqlərinə əsaslanan reputasiya sistemindən istifadə edirlər. Onlayn “qara bazar”da alış-veriş virtual olduğuna görə, tərəflərin fiziki görüşünə ehtiyac qalmır. Bu səbəbdən, narkotik satıcıları arasında bir-birinin ərazisinə girmək uğrunda rəqabət və zorakılıq halları da olmur. Narkotikin əlçatan olmasına görə, aludəçilər istifadəyə başladıqları ilkin “çəhrəyı dövr” zamanı daha çox narkotik istehlakına, sonradan isə daha az narkotik almağa meyllənirlər.
Hüquq-mühafizə orqanları çıxış yolunu əsasən iri narkotik tacirlərini və narkotik bazarı sahiblərini təqib etmək, ticarət yerlərini bağlamaqda görür. Narkotik cinayətlərinin qarşısının alınması baxımıdan bu anti-narkotik strategiyalar əməliyyat xərclərini artırmağı hədəfləyir. Bunlara bazarı “limonlaşdırmaq”, yəni bazara sıza bilən və ya aşağı reytinqli saxta rəylər yerləşdirə, ya da satıcı kimi görünə bilən hüquq-mühafizə agentlərindən istifadə etməklə, ümumi etibar dərəcəsini azaltmaq daxildir. Digər anti-narkotik ticarət strategiyaları bank ödənişlərinin tənzimlənməsinin gücləndirilməsi, dilerlərin və müştərilərin təqibi və domenlərin qeydiyyatının ləğvi ilə veb-saytların senzurası kimi ənənəvi hüquq-mühafizə cavablarına yönəlib.
Bununla belə, onlayn narkotik ticarəti hüquq-mühafizə orqanlarının müdaxiləsinə təəccüblü dərəcədə davamlıdır. Bu, belə izah olunur ki, şəbəkələşəm “qara bazar”lar bir-biri ilə bağlıdırlar: böyük bazar bağlanan kimi satıcılar sürətlə oxşar onlayn narkobazarlara “miqrasiya edirlər” və bu da ona gətirib çıxarır ki, onlayn narkotik bazarları müdaxiləyə davam gətirir və ələ keçmir.
“Chainalysis” (2021) “Hidra”nın 2020-ci ilin qlobal “darknet” bazar gəlirindəki payını 75% qiymətləndirirdi. “Hidra”nın miqyası ümumi kriptovalyuta bazarına əhəmiyyətli dərəcədə təsir edib. Belə ki, “Hidra”dan istifadə edən istehlakçı əməliyyatlarında bəzi kriptovalyuta birjalarının gəlirlərinin əhəmiyyətli bir hissəsinin payı olub(ABŞ Circuit Court, 2023; Reuters, 2022).
Xüsusilə ABŞ Ədliyyə Nazirliyi “Hidra”nı "dünyanın ən böyük və ən qədim qara şəbəkə bazarı" adlandırıb.
Digər qeyri-qanuni bazarlar kimi, “Hidra” da digər məhsullar (saxta pasportlar, sənədlər, pullar, SİM kartlar və s.) və xidmətlər (Yeni mağazaların qrafik dizaynı, şəxsi tapmaq üçün şəxsi məlumat bazalarından istifadə) satırdı. “Hidra”nı ABŞ və Avropadakı məşhur “qara bazar”lardan fərqləndirən bir xüsusiyyət onun çatdırılma üsulu idi. “Darknet” bazarlarının əksəriyyəti poçt sifarişindən istifadə edir, ya da qanuni kuryerləri meydana salırlar. Nəticə etibarı ilə “Hidra” Rusiyadakı sələfi RAMP sistemi ilə işləyirdi. Satıcılar tərəfindən işə götürülən kuryerlər əməliyyata girişməmişdən əvvəl narkotikləri bütün şəhərdə gizlədirlər. Daha sonra satıcı maddənin növünü, miqdarını, təxmini yerini və qiymətini “Hidra” saytında dərc edir. Digər məşhur şəbəkələr malları “Hidra”dan “Tor” brauzeri vasitəsilə onlayn əldə edilə bilərdilər. Anonim profil yaratmaqla, istənilən istifadəçi saytı nəzərdən keçirə və mövcud məhsulları narkotik növü, mağazalar, yer, qiymət və istədiyi həcmə görə sifariş edə bilərdi.
Müştəri istədiyi məhsula qərar verən kimi ödəniş bitkoinlər vasitəsilə həyata keçirilib. Müştərilərin platformaya bitkoin yatırmaq üçün adətən iki variantı olub. Birincisi, xarici bazardan bitkoinlər almaq idi. Sonra vəsait ticarət platforması tərəfindən verilən ünvana köçürülə bilərdi. Digər variant isə Rusiyanın QIWI maliyyə şirkəti tərəfindən təqdim edilən ödəniş xidməti olan QIWI pul kisəsindən istifadə etmək olub. Şirkətin Rusiya ərazisində bankomata bənzər terminalları olduğundan, müştəri “Hidra” tərəfindən dəstəklənən bir çox kriptovalyuta mübadiləsi xidmətlərindən birini istifadə edərək, sadəcə olaraq nağd pul yatırıb bitkoinlərə dəyişə bilərdi.
Nəzərə alsaq ki, terminallardan istifadə etmək üçün identifikasiya tələb olunmur, pul yatırmanın bu üsulu alıcılar üçün kifayət qədər anonimlik təmin edib. Bildiyimiz kimi, bu terminallar “Hidra”nın populyarlığında həlledici rol oynayıb, çünki kriptovalyutanı anonim şəkildə qəbul etməyi xeyli asanlaşdırıb.
“Hidra” veb-saytındakı istifadəçi təlimatında QIWI terminallarından ödəniş üçün necə istifadə ediləcəyinə dair ətraflı təlimatların yer aldığı bir neçə səhifə də olub. Ödənişdən sonra müştəri xəzinənin yeri, o cümlədən fotoşəkillər və GPS koordinatları haqqında ətraflı məlumat əldə edirmiş. Belə ki, satıcı ilə alıcı arasında fiziki təmas olmurmuş. Müştəri bitkoinlərdən istifadə etdiyi və ya birbaşa QIWI terminalına nağd pul qoyduğu müddətcə maliyyə əməliyyatı anonim olub. Alıcı ilə satıcı arasında əsas ünsiyyət kanalı “Hidra” saytındakı söhbət sistemi vasitəsilə həyata keçirilib.
Hazırladı: Asya ŞÜKÜROVA
P.S. Aparılan müşahidələr onu göstərir ki, onlayn narkotik satışı və alışı çoxlarına “təhlükəsiz” görünsə də, hər kəs qanun qarşısında gec-tez cavab verməli olur. Odur ki, narkotikin təhlükəsiz alış-verişinin yollarını axtarmaqdan öncə, gələcək həyatınız haqda düşünmək daha doğru olar.