Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri “Xarici təsirin şəffaflığı” qanununa etiraz aksiyasına qoşulublar.
Stopnarkotik.az yerli mediaya istinadən xəbər verir ki, parlamentə yürüşdə onlar da təmsil olunur.
Avropalı siyasətçilərin Rustaveli prospektində görünməsi vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Gürcüstana səfəri çərçivəsində dörd ölkənin xarici işlər nazirliklərinin rəhbərləri artıq Prezident Salome Zurabişvili, Baş nazir İrakli Kobaxidze, eləcə də parlamentin sədri Şalva Papuaşvili, müxalifət və qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşüblər.
***21:19
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri ilə görüşüb.
Bu barədə məlumatı hökumət administrasiyası yayıb.
Görüşdə Gürcüstanın Avropaya inteqrasiya prosesinə və bu yolda ölkənin əldə etdiyi irəliləyişlərə toxunulub. Aİ-yə namizəd ölkə statusu verildikdən sonra Gürcüstan üçün üzvlük danışıqlarının başlanmasının vacibliyi vurğulanıb.
Baş nazir bildirib ki, Gürcüstan istər demokratiya, istər qanunun aliliyi, istər insan hüquqları, istərsə də iqtisadi inkişaf tempi kimi bütün sahələrdə namizəd ölkələr arasında liderdir və buna Avropa İttifaqı müvafiq addımlarla cavab verməlidir.
İclasda “Xarici təsirin şəffaflığı haqqında” qanuna diqqət yetirilib. Hökumət və aidiyyəti media qurumları hökumətin hələ də qanunla bağlı əsaslı rəyləri dinləməyə və müzakirələr nəticəsində veto proseduru çərçivəsində hüquqi iradları qanunda əks etdirməyə hazır olduğunu vurğulayıb.