Səlahiyyətli şəxslər tanınmış almaniyalı sağçı deputatın Avropa Parlamentindəki ofisində axtarış aparıblar.
Bu barədə “AP” Almaniyanın Baş Prokurorluğuna istinadən məlumat yayıb.
Köməkçisinin keçən ay Çinin xeyrinə casusluqda şübhəli bilinərək həbs olunmasından sonra “Almaniya üçün Alternativ” partiyasının qarşıdan gələn Avropa Parlamenti seçkilərində əsas namizədi Maksimilian Krah haqqında araşdırma başlayıb.
2019-cu ildə Avropa İttifaqının qanunverici orqanına seçildikdən sonra Krahın köməkçisi işləyən Almaniya vətəndaşı Tsyan Qo Çin kəşfiyyat xidmətində işləməkdə və yanvar ayında Pekinə Avropa Parlamentində danışıqlar və qərarlar haqqında dəfələrlə məlumat ötürməkdə ittiham olunub.
Prokurorlar onun Almaniyada çinli müxaliflərə də casusluq etdiyini deyirlər. Həbs əvvəllər Rusiyaya qarşı dost münasibətinə görə qınanılan ifrat sağçı partiyanı işinə mənfi təsir edib.
Qeyd edək ki, iyunun 9-da Almaniyada Avropa Parlamentinə seçkilər keçiriləcək