Bakıda kafedən çıxan şəxs döyülərək pulu və sənədləri əlindən alınıb.
Stopnarkotik.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “TT” adlanan kafenin yanında baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Salyan rayon sakini Mübariz Əzizov adıçəkilən kafedən çıxan zaman bir nəfər tanımadığı şəxsin ona bıçaqla hədə-qorxu gələrək üz nahiyəsindən yumruqla vurması və mobil telefonunu, içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 1500 manat olan pul kisəsini götürüb hadisə yerindən qaçaraq uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.