Bakıda qadının əməliyyatdan sonra ölməsi ilə bağlı cinayət işi açıldı

Bakının Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital"da fevralın 10-da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Stopnarkotik.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.