Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənovanın cinayət işi üzrə bəzi faktlar üzə çıxıb.
Stopnarkotik.az “qafqazinfo”ya istinadla xəbər verir ki, polis tərəfindən aparılan araşdırmalarla dələduzluq faktı üzrə başlanılmış cinayət işi çərçivəsində 18 nəfər zərərçəkən müəyyən edilib.
A.Həsənovanın onlara məxsus ümumilikdə 811 337 manat pul vəsaitini ələ keçirməsi müəyyənləşib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Nigar Həsənovanın həbs edilməsi ilə bağlı xəbər yayımlandıqdan sonra daha bir neçə nəfər “Qafqazinfo” ilə əlaqə saxlayaraq onların da pullarının adıçəkilən şəxs tərəfindən ələ keçirildiyini iddia ediblər. Bu əsasla zərərçəkmiş şəxslərin sayının və vurulmuş zərərin miqdarının artacağı da istisna edilmir.
Qeyd edək ki, Nigar Həsənova İ.Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.
***10:23
Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib.
Stopnarkotik.az manset.az-a istinadla xəbər verir ki, Bakıda tanınmış kosmetoloq kimi fəaliyyət göstərən N.Həsənova Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham edilərək barəsində üç ay on yeddi gün (3 ay 17 gün) müddətinə həbs edilib.
Qeyd edək ki, portalımız Nigar Həsənovanın Azərbaycanda bir sıra sahibkarlardan külli miqdarda qızıl zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayımlamışdı. N.Həsənova Azərbaycanın məşhur Xalq artisti İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.