Dələduzluğa görə axtarışda olan 22 nəfər tutuldu - DİN-dən AÇIQLAMA

Polis əməkdaşlarının fevralın 12-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 22 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.