İranlı ilə "ortaq ticarət" quran narkotacir saxlanıldı - KÜLLİ MİQDARDA NARKOTİK ƏLƏ KEÇDİ + AUDİO

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata əsasən, saxlanılan 31 yaşlı Fərid Mirzəyevdən 9 kiloqram marixuana aşkarlanaraq götürülüb. O, ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb. Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Stopnarkotik.az