FÜZULİDƏ ƏMƏLİYYAT: keçmiş məhkum külli miqdarda narkotiklə tutuldu - FOTO/VİDEO + AUDİO

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan 39 yaşlı Vüqar Məmmədov saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, həmin şəxsdən 8 kiloqram marixuana və 3000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Faktla bağlı  cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.