İspaniyanın Baş naziri Pedro Sançez Dünya Hökumətləri Sammitində 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan etmək və rəqəmsal platformaları hədəf almaq üçün tədbirləri açıqlayıb.
Stopnarkotik.az xəbər verir ki, onun açıqladığı tədbilər paketinin məğzini bu bəndlər təşkil edib:
Rəqəmsal xaosa son qoymaq üçün 5 bəndlik ciddi nəzarət paketi təqdim edirik;
Texnologiya platformalarının baş direktorları qanunsuz və ya nifrət dolu məzmunu silmədiklərinə görə cinayət məsuliyyəti ilə üzləşəcəklər;
Alqoritmik manipulyasiyanı və qanunsuz məzmunun yayılmasını yeni bir cinayət kimi təyin edəcəyik;
Nifrət və qütbləşmə izi tətbiq edəcəyik;
Grok, TikTok və İnstaqram tərəfindən törədilən qanun pozuntularını araşdıracaq və izləyəcəyik.
Stopnarkotik.az