Bakıda məktəbli qızı vəhşicəsinə döydülər - FOTO/VİDEO

Paytaxtın Lökbatan qəsəbəsində, 233 saylı orta məktəbin 8B sinif şagirdi A.Əliyeva (Ad şərtidir - red.) döyülüb.

Hadisə mayın 22-də baş verib.

Bu barədə saytımıza danışan şagirdin valideyni Mələk Hüseynovanın sözlərinə görə, qızı digər məktəblilər tərəfindən təzyiqlərə məruz qalıb. Daha sonra onu məktəbin tualetində sıxışdıraraq döyüblər.

Valideyn bildirir ki, hadisə ilə bağlı polisə məlumat verilib.

Baş verənlərlə əlaqədar sözügedən məktəblə əlaqə saxladıq. Suallarımızı cavablandıran katibə söylədi ki, hadisədən xəbərdardırlar. Lakin direktor və müavinləri tədbirdə olduğundan ətraflı məlumat verə biləcək heç kəs yoxdur.

Daha sonra Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik.

Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirdi ki, məsələ ilə bağlı digər məktəbli valideynləri ilə birgə polis orqanına dəvət edilib:

"Hadisə ilə bağlı hazırda Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək"./Baku.ws

Sözügedən görüntüləri təqdim edirik:

 

Bakı məktəbində sinif yoldaşları məktəbli qızı vəhşicəsinə döydülər - FOTO/VİDEOBakı məktəbində sinif yoldaşları məktəbli qızı vəhşicəsinə döydülər - FOTO/VİDEOBakı məktəbində sinif yoldaşları məktəbli qızı vəhşicəsinə döydülər - FOTO/VİDEOBakı məktəbində sinif yoldaşları məktəbli qızı vəhşicəsinə döydülər - FOTO/VİDEOBakı məktəbində sinif yoldaşları məktəbli qızı vəhşicəsinə döydülər - FOTO/VİDEOBakı məktəbində sinif yoldaşları məktəbli qızı vəhşicəsinə döydülər - FOTO/VİDEO