Bakıda evlərdən oğurluq edən şəxslər ələ keçdi

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-dən Stopnarkotik.az-a verilən xəbərə görə, Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binə qəsəbəsindəki evlərin birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən Murad Əliağazadə müəyyən olunaraq saxlanılıb.

Maştağa qəsəbəsində evlərin birindən 2750 manat pul oğurlamaqda şübhəli bilinən Hikmət Sədullayev isə Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.