Bakıda 21 yaşlı qız binadan yıxıldı

Bakıda gənc qız binadan yıxılıb.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Nərimanov küçəsi ev 7 mənzil 11-də qeydə alınıb. 

Orada yaşayan, 2005-ci il təvəllüdlü N.Kərimova yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.  

Xəstəxanaya yerləşdirilmiş N.Kərimovanın vəziyyəti orta-ağır qiymətləndirilir. 

Araşdırma aparılır.