Atasını yatdığı yerdə baltaladı, aparıb meyiti dərəyə atdı - TƏFƏRRÜAT

Şəmkirdə dəhşətli qətl hadisəsi ilə bağlı yeni təfərrüat üzə çıxıb.

Rayonun Zəyəm Cırdaxan kənd sakini 56 yaşlı Arif Nəbiyevin meyiti yaşadığı evdən 50-60 metr aralıda yerləşən dərədə aşkar edilib.

Onun meyiti axtarışlardan 5 gün sonra - yanvarın 26-da kisəyə bükülmüş halda tapılıb. İlkin məlumata görə, Arif Nəbiyev azyaşlı oğlu tərəfindən qətlə yetirilib.

Mərhumun qardaşı Elbrus Nəbiyev hadisə ilə bağlı Baku TV-yə açıqlama verib:

"Hadisəni törədən öz oğludur. Atasını yatdığı yerdə baltalayıb, meyitini gətirib kanala atıb. Sonra isə Rusiyaya qaçıb. Özüm də Rusiyada yaşayıram, hadisəni eşidib gəlmişəm".

Faktla bağlı araşdırma aparılır.