Antalyada tətildən sonra evlərinə yollanan Dikmən ailəsi Çorluda qəza keçirib. Qəzada 30 yaşlı əczaçı Begüm Dikmən həyatını itirib, 3 nəfər isə yaralanıb.
Stopnarkotik.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə HABERLER.COM məlumat yayıb.
Tekirdağın Çorlu mahalında avtomobilin donuza dəyib aşması nəticəsində, əczaçı Begüm Dikmen (30) həyatını itirib, onun anası, atası və böyük bacısı isə yaralanıb.
Yaralılar sağlamlıq qrupları tərəfindən təcili yardımla Çorlu Dövlət Xəstəxanasına aparılıblar. Vəziyyəti ağır olan Begüm Dikmənin həyatını həkimlərin bütün müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. Müalicə olunan 3 nəfərin vəziyyətinin yaxşı olduğu öyrənilib. Jandarma qrupları qəza ilə əlaqədar araşdırmalarını davam etdirir.