AMERİKADAN UKRAYNAYA 65 MİLYARDLIQ DƏSTƏK! - Nümayəndələr Palatası yardım paketini təsdiqlədi / Yenilənib

Xəbər verdiyimiz kimi, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib.

Qeyd edək ki, dondurulmuş Rusiya aktivlərinin Ukraynaya təhvil verilməsini, həmçinin Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsini özündə ehtiva edən hərtərəfli qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilməsi üçün lazımi sayda səs toplayıb. 

Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək.

Qanun layihəsinə görə, ABŞ Ukraynaya yardım üçün 61 milyard dollar ayıracaq, İsrail 26 milyard dollar, o cümlədən 9,1 milyard dolları humanitar ehtiyaclar üçün alacaq, daha 8,12 milyard dollar isə Hind-Sakit okean regionuna gedəcək. Bundan əlavə, qanun layihəsində Rusiyanın aktivlərinin müsadirəsi, o cümlədən suveren aktivlərin çıxarılmasının qadağan edilməsi, dondurulmuş aktivlərdən istifadə etməklə Ukraynaya kompensasiyanın ödənilməsi səlahiyyətləri və aktivlərin Ukraynanın bərpası üçün istifadə edilməsi ilə bağlı müddəalar var. 360 konqresmen qanun layihəsinin lehinə, 58-i əleyhinə səs verib.

Qanun layihəsində Rusiya, Çin, İrana qarşı yeni məhdudiyyətlərin tətbiqinin mümkünlüyü və özəl Çin şirkəti “ByteDance”ə məxsus “TikTok” sosial şəbəkəsinə qadağa ilə bağlı müddəalar da daxildir.

***

ABŞ Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana hərbi dəstək, eləcə də Rusiyanın dondurulmuş aktivlərinin müsadirə olunaraq Kiyevə verilməsi barədə qanunu təsdiqləyib.

Bu barədə qərar səs çoxluğu ilə qəbul edilib.

Eyni zamanda ABŞ Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollara yaxın əlavə yardım haqqında qanun qəbul edib

Bundan əlavə Tayvana 8 milyard dollarlıq dəstəyi nəzərdə tutan qanun da palatadan keçib.

Qanunverici orqan Çinə əlavə sanksiyalar paketini də qəbul edib.