Almaniya Kansleri Olaf Şolts ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd olan Kamala Harrisin çox yaxşı prezident olacağını deyib.
Stopnarkotik.az xəbər verir ki, o, bu barədə “Sat.1” telekanalına müsahibəsində bildirib.
“Mən onu yaxşı tanıyıram. O, şübhəsiz ki, çox yaxşı prezident olardı. Kamala Harris çox yaxşı siyasətçidir, bizim üçün vacib olan dəyərlərə - ABŞ və Avropa, ABŞ və Almaniya arasında yaxşı əməkdaşlıq olmasına sadiq qalacaq”, - siyasətçi deyib.
Bununla belə, kansler Harrisin Almaniya üçün keçmiş Amerika lideri Donald Trampdan daha yaxşı variant olub-olmayacağı sualına cavab verməyib.