Baş Prokurorluq Ağdamda aşkarlanan kütləvi məzarlıqla bağlı məlumat yayıb.
Prokurorluqdan verilən məlumata görə, iyunun 19-u saat 09 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
***11:09
Ağdamda kütləvi məzarlıq aşkarlanıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, məzarlıq Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Ağdam-Hindarx yolunun kənarında tapılıb.
Skeletlərin aşkarlandığı əraziyə baxış zamanı yaxınlıqda hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib.
Ehtimala görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetirib. Meyitləri isə quyuya ataraq basdırıblar.