Abşeronda iki nəfərin meyiti tapıldı

Abşeronda evdən iki meyit tapılıb. 

Hadisələrdən biri Xırdalan şəhərində qeydə alınıb. 

Şəhər sakini, 1968-ci il təvəllüdlü Nurəli Məhiyəddin oğlu Eyvazovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib.

Digər hadisə isə Abşeron rayonu Hökməli qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Azad Adil oğlu Əliyev yaşadığı evdə ölü tapılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır./lent.az