"ABŞ-nin Ukrayna, İsrail və Tayvana maliyyə yardımı ayırması terrorçuluğun maliyyələşdirilməsi deməkdir".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.
O vurğulayıb ki, rəsmi Vaşinqtonun bu addımı dünyadakı böhran vəziyyətini bir qədər də çətinləşdirəcək.
O. həmçinin ABŞ-ni Çinin daxili işlərinə qarışmaqda günahlandırıb.