“ABŞ-ın NATO-dan çıxması məsələsi gündəmə gələ bilər” - BOLTON

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp yenidən dövlət başçısı seçiləcəyi təqdirdə ölkənin NATO-dan çıxması məsələsini gündəmə gətirəcək.

Bunu Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton “Le Figaro” qəzetinə müsahibəsində deyib.

Bolton, Trampın yenidən seçiləcəyi təqdirdə ABŞ-ın NATO-dan çıxmasına nail olacağı ehtimalının yüksək olduğunu qeyd edib.