ABŞ-da daha bir partiya prezidentliyə namizədini irəli sürdü

ABŞ-ın Yaşıllar Partiyası həkim, ekoloji fəal, Ukraynaya hərbi və maliyyə yardımı göstərilməsinin əleyhdarı Cil Steyni ölkə prezidentliyinə namizəd kimi irəli sürüb.

Lenta.ru xəbər verir ki, bu qərar "YouTube"da yayımlanan partiya qurultayının yekunlarına əsasən qəbul edilib.

Tədbir videokonfrans formatında keçirilib. Steynin namizədliyini 267 nəfər dəstəkləyib.

74 yaşlı Steyn artıq 2016-cı ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürüb və o zaman bir faiz səs toplaya bilib.

Qeyd edək ki, hazırda ABŞ prezidentliyinə başlıca namizədlər Demokratlar partiyasından hazırki vitse-prezident Kamala Harris, Respublikaçılardan isə eks-prezident Donald Trampdır.

ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.