"500 milyon dollar nağd pulum var" - TRAMP

CNN Türk xəbər verir ki, Tramp sosial media hesabında bu barədə fərqli paylaşım edib.

O, “bu qədər pulu yoxdur” deyən vəkillərini təkzib edib və 500 milyon dollar nağd pulu olduğunu açıqlayıb.

"Zəhmət, istedad və şans sayəsində indi demək olar ki, 500 milyon dollar pulum var" deyən Tramp bu pulu prezident seçkiləri kampaniyasında istifadə etmək niyyətində olduğunu bildirib.

Tramp iddia edib ki, Nyu-York baş prokuroru və işə sədrlik edən hakim bu pulu ondan saxtakarlıq və korrupsiya yolu ilə almaq istəyir.