"Biz son 30 ildir regionda “bespredel” şəraitində yaşayırıq".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dünən Tavuş vilayətində kənd sakinləri ilə görüşündə deyib.
Paşinyanın sözlərinə görə, bu vəziyyətə son qoymağın, təkcə ölkədə deyil, həm də regionda qanunun aliliyini bərqərar etməyin vaxtı çatıb: "Bizim fikrimiz odur ki, insanlar deməsin Azərbaycan niyə sərhəddə yaxındır, desin ki, nə yaxşı Azərbaycan 50 metr aralıdadır, biz orada ticarət edəcəyik, orada iqtisadiyyat quracağıq və s.
Bunun baş verəcəyinə 100 faiz təminat vermirəm, amma bilirəm ki, addımlar atmaqla biz irəli gedəcəyik, 90 faiz və daha çoxuna nail olacağıq".
Baş nazir həmçinin qeyd edib ki, bu addımlar atılmasa, bölgədə yeni qarşıdurma olacaq: "Haqq var, qanun var, xətt var. Biz də gedib o xəttdə dayanırıq. Bu xətt üzərində dayanmaqla bugünkündən 100 dəfə güclü olacağıq. Söhbət vermək və almaqdan getmir, söhbət Ermənistan Respublikasını bir dövlət kimi 100 dəfə gücləndirməkdən gedir". /"unikal"