Son iki gün ərzində Əfqanıstan polisi ölkənin cənubundakı Qəndəhar əyalətində 2 tondan çox qanunsuz narkotik aşkar edərək müsadirə edib, narkotik plantasiyalarını məhv edib.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Qəndəhar əyalət hüquq-mühafizə orqanlarının rəsmisi Əsədulla Cəmşidin qeyd etdiyinə görə, iyulun 6-dan həyata keçirilən silsilə əməliyyatlar zamanı həşiş, heroin və onun istehsal vasitələrinin də olduğu qaçaqmal ələ keçirilərək məhv edilib.