Xəbər verdiyimiz kimi, dünən gecə Gürcüstanın Qardabani rayonunda baş verən yol qəzasında 18 yaşlı azərbaycanlı qız həlak olub.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Qardabani bələdiyyəsində sərxoş vəziyyətdə avtomobil idarə edən və piyadanı vuran şəxs həbs edilib:
"Daxili İşlər Nazirliyinin Qardabani Rayon Bölməsinin, Kvemo Kartli Polis İdarəsinin əməkdaşları 1992-ci il təvəllüdlü M.M.-ni yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmaqda və nəticədə insan ölümünə səbəb olmaqda ittiham edərək həbs ediblər" .
Qəzanı əks etdirən görüntülər yayılıb. Həmin anları təqdim edirik: