Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının şəxsi köməkçisi Konstantin Buşuyevin kabinetində dinləmə cihazı tapılıb.
Bu barədə “Censor Net”in baş redaktoru Yuri Butusov mənbələrə istinadən məlumat verib.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Zalujnının istifadə etdiyi kabinetlərdən birində stolun altındakı dinləmə qurğusunun mikrofonu yeni ofisə köçməyə hazırlıq zamanı aşkarlanıb.
"Mikrofon aşkar edildikdən sonra qərargahın digər binalarında yoxlama aparılıb. Mənbələrin bildirdiyinə görə, mikrofon Zalujnının şəxsi köməkçisi Konstantin Buşuyevin kabinetində tapılıb", - Yuri Butusov bildirib.
Onun sözlərinə görə, mikrofon aşkar edildikdən sonra qərargahın ofislərinə daxil olan bütün işçilər poliqrafiya müayinəsindən keçirlər.
Bir gün əvvəl məlum olub ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının kabinetində də dinləmə cihazı tapılıb.