Yeni seçilən Roma Papasının kimliyi məlum olub - YENİLƏNİB

Yeni seçilən Roma Papasının kimliyi məlum olub.

"Reuters"  xəbər verir ki, kardinal Robert Frensis Prevost Roma Papası seçilib.

O, XIV Lev adını alıb.

Onu meydanda 40 mindən çox insan qarşılayıb.

69 yaşlı kardinal Robert Prevost əslən Çikaqodandır. Prevo mərhum papanın siyasətinin tərəfdarı kimi tanınır: yoxsullara kömək etməyi, miqrantları və açıq kilsəni müdafiə edir.

Prevo 2023-cü ilin sentyabrında kardinal olub. 

Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. Yeni pontifikin seçilməsi üçün Vatikanda konklav mayın 7-də toplanıb.

*** 20:21

Müqəddəs Taxt-Tacda keçirilən konklavın (seçki) ikinci günündə dördüncü səsvermə nəticəsində yeni - 267-ci Roma Katolik Kilsəsinin rəhbəri seçilib.

Bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, ənənəvi olaraq səsvermənin keçirildiyi Vatikanda Sikstin kapellasında quraşdırılmış bacadan ağ tüstü qalxıb. Bu isə kardinalların ikigünlük konklavın ikinci günündə yeni papa seçdiklərinin işarəsidir.

Onun adı tezliklə açıqlanacaq./report