“Yaxın Şərqdə müharibənin genişlənməsini istəyənlər var”.
Stopnarkotik.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 25-də hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament fraksiyasının toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, Ankara buna qarşıdır.
R.T.Ərdoğan İsrail və Fələstini ən yaxın günlərdə danışıqlara çağırıb: “Biz sülhün tərəfdarıyıq”.
Türkiyə dövlət başçısı, həmçinin Qərbin mövqeyini tənqid edib.