Gecə saatlarında paytaxtın Yasamal rayonu ərazisində ağır yol qəzası baş verib.
Yeni Yasamal qəsəbəsi ərazisində - Kənar dairəvi yolda “Khazar” markalı minik avtomobili “Ford” markalı yük maşınına çırpılıb.
Nəticədə minik avtomobili metal maneəyə çırpılıb, onun mühərriki yerindən çıxaraq yolun əks istiqamətinə düşüb.
Hadisə nəticəsində “Khazar”da olan şəxslər ağır xəsarət alıblar.
Qəzanın görüntülərini təqdim edirik: