Yaponiyanın qərb sahillərini sunami vurub.
Məlumata görə, bəzi yerlərdə sunami dalğalarının hündürlüyü 5 metrə çatır.
Yayılan görüntülərdə sunami dalğalarının gəmiləri, avtomobilləri sürüklədiyi görünür.
Hələlik dağıntı və tələfat barədə məlumat verilməyib.
***
Bu gün Yaponiyada qeydə alınan 7,6 maqnitudalı zəlzələnin ocağı Anamizu şəhərindən 42 km uzaqlıqda dənizdə yerləşib.
Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Yerli vaxtla saat 16.10-a baş verən zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
***
Yaponiyada 4 dəqiqə ara ilə 7,6 və 6,3 maqnitudalı zəlzələ olub.
Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələlər İsikava və Niiqata əyalətlərində qeydə alınıb.
***
Yaponiyanın mərkəzində güclü zəlzələlər olub.
Məlumata görə, gücü 7,4 maqnitudaya çatan zəlzələlər İsikava və Niiqata əyalətlərində qeydə alınıb.
Hələ ki, dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Ancaq ölkənin qərb sahillərində hündürlüyü 5 metrə çatacaq sunami təhlükəsi elan olunub. Yerli sakinlər təcili sahil zonaları tərk etməyə, yaxud binaların damına çıxmağa çağırılıb.
İndiyə qədər 3 dəfə güclü zəlzələ xəbərdarlığı elan olunub. Yerli sakinlər növbəti yeraltı təkanlara hazır olmağa çağırılıb.
***
Yaponiyada sunami təhlükəsi elan edilib.
Meteoroloqlar ölkənin qərb sahillərində sunaminin hündürlüyünün 5 metrə çatacağını bildiriblər.
Əhali təcili olaraq sahil zonaları tərk etməyə, yaxud binaların damına çıxmağa çağırılıb.