Sabunçu rayonu ərazisində oğurluq faktı qeydə alınıb.
Stopnarkotik.az xəbər verir ki, zərərçəkmiş şəxs polisə müraciət edərək 2700 manat maddi vəsaitinin oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Əmrahlı və E.Əhmədov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.