""Vaqner" qüvvələrinin Belarusa yerləşdirilməsinə dair heç nə görməmişik" - NATO BAŞ KATİBİ

NATO "Vaqner" döyüşçülərinin Belarusa hərəkətinə dair heç nə müşahidə etməyib.

Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, bunu alyansın Baş katibi Yens Stoltenberq Vilnüsdə jurnalistlərə açıqlamasında deyib.

“Bu vaxtadək "Vaqner" qüvvələrinin Belarusa yerləşdirilməsinə və ya hərəkətinə dair heç nə görməmişik, amma əlbəttə ki, biz nə baş verdiyini yaxından izləyirik” - o qeyd edib.

Stoltenberq NATO-nun təhdidlərə qarşı özünü qorumağa hazır olduğunu vurğulayıb.