Dünyaca məşhur "Haribo" konfetlərində kannabis (narkotik) tapılıb.
Stopnarkotik.az xəbər verir ki, Hollandiyada satılan üç kiloqramlıq “Coca-Cola” ətirli konfetlərin içərisində tetrahidrokannabinol izləri aşkar edilib.
Bildirilir ki, sürpriz konfetlər bir neçə uşağın ondan zəhərlənməsindən sonra aşkarlanıb. Şirniyyatlar qida analizindən keçirilib və həqiqətən də onlarda THC izləri tapılıb.
Maraqlıdır ki, kannabisin konfetlərə hansı şəkildə daxil olduğu məlum deyil. Araşdırmada Hollandiyanın Qida Təhlükəsizliyi Təşkilatının nümayəndələri də iştirak edib.
Bu arada, "Haribo" istintaq müddətində Coca-Cola ətirli paketlərin bütün partiyasını geri çağırmaq qərarına gəlib və Hollandiya vətəndaşlarından müəyyən istehsal kodu olan paketləri geri qaytarmağı xahiş edir.
Stopnarkotik.az
P.S. Qeyd edək ki, sözügedən konfetlərin Azərbaycanda da geniş şəkildə satışı təşkil olunur. Bu baxımdan, valideynlər uşaqların sevimli şirniyyat növü olan bu konfetləri alarkən diqqətli olmalıdırlar.